Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

YT Parkın rezidenti tərəfindən xüsusi təyinatlı mühərrik yağı istehsal ediləcək
21.04.2021 16:48
  • A-
  • A
  • A+

YT Parkın rezidenti tərəfindən xüsusi təyinatlı mühərrik yağı istehsal ediləcək

Son illərdə dünyanın xüsusi təyinatlı texnika istehsalı üzrə ixtisaslaşmış qabaqcıl ölkələrinin istehsal etdiyi qurğu daha da modern, gücləndirilmiş, sərt şəraitdə işləyə bilən variantda hazırlandığı üçün onların mühərriklərində işlədilən sürtkü yağları da yüksək istismar xüsusiyyətləri tələb edir.

Bu səbəbdən Ukrayna Hərbi Sənaye Nazirliyinin Xarkov şəhərində yerləşən texnika zavodunun rəhbərliyi AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun bu sahədə zəngin təcrübəsini nəzərə alaraq sözügedən müəssisəyə müraciət edib. İnstitutun kollektivi qısa müddət ərzində daha sərt şəraitdə işləyə bilən xüsusi təyinatlı texnika üçün nəzərdə tutulan M-16 ИХП-3-У dizel mühərrik yağının resepturasını və istehsal texnologiyasını işləyib hazırlayıb.

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal sahəsində yaradılmış təcrübə qurğusunda sınaq partiyası hazırlanaraq Ukraynaya göndərilib. Mühərrik yağı Ukraynada xüsusi təyinatlı texnika üzərində üç mərhələli sınaqlardan uğurla keçib.

Hazırda bu yağa yaranan tələbat nəzərə alınaraq onun müntəzəm istehsal prosesinin yaradılması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: