Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib
21.04.2021 16:52
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib

Aprelin 21-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik İradə Hüseynova açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. O bildirib ki, 2021-ci tədris ilində institutda elmlər doktoru hazırlığı üzrə dissertanturaya 1 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 3 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya isə 5 nəfər qəbul olub.

İclasda doktoranturaya yeni qəbul olunan doktorant və dissertantların dissertasiya mövzuları müzakirə edilərək müəyyənləşdirilib və onlara elmi rəhbərlər təyin edilib.

Daha sonra gündəlikdə duran digər məsələlər – institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasına sənəd təqdim etmiş iddiaçılar haqqında məlumatlar, koronavirusa qarşı müəssisə əməkdaşlarının vaksinasiyaya cəlb olunması və digər mövzular ətraflı müzakirə edilərək müvafiq qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: