Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Şəki Regional Elmi Mərkəzində dezinfeksiya işləri aparılıb
21.04.2021 14:29
  • A-
  • A
  • A+

AMEA-nın Şəki Regional Elmi Mərkəzində dezinfeksiya işləri aparılıb

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması, əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə AMEA-nın Şəki Regional Elmi Mərkəzində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri binanın giriş hissəsini, pilləkən və dəhlizləri, əməkdaşların iş və digər təyinatlı otaqları əhatə edib. Dezinfeksiya işləri bu sahədə ixtisaslaşmış qurum tərəfindən yerinə yetirilib.

Eyni zamanda mərkəzin əməkdaşlarına Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin vacibliyi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

AzərTac

  • Paylaş: