Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Nizami Gəncəvi Beynəlxalq Sosial və Humanitar Elmlər Konqres”i keçiriləcək
20.04.2021 17:10
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi Beynəlxalq Sosial və Humanitar Elmlər Konqres”i keçiriləcək

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib. “Nizami Gəncəvi ili” çərçivəsində 15-19 iyul 2021-ci il tarixlərdə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi Beynəlxalq Sosial və Humanitar Elmlər Konqres”i keçiriləcək.

Konqresin təşkilatçıları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətidir.

Tədbir AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyatı Muzeyi, eləcə də Türkiyənin bir neçə elm və təhsil qurumunun dəstəyilə Bursa şəhərində baş tutacaq.

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək konqresə Qafqaz Universitetlər Birliyi (KUNİB), Avropa Universitetlər Asossasiyası, TÜRKSOY, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 185 universitet və 400-ə yaxın professor-müəllim heyəti qatılacaq. Elmi məqalələr beynəlxalq indeksə malik, tanınmış “Turkishstudies” jurnalının xüsusi buraxılışında işıq üzü görəcək.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Mədəniyyət Günləri çərçivəsində bu ölkənin zəngin mədəni irsini geniş şəkildə təbliğ etməkdir.

Dünya mədəniyyət xəzinəsinə saysız-hesabsız  dəyərlər qatan, böyük mütəfəkkir Nizami Gəncəviyə həsr olunan konqres iki qardaş ölkə arasında ədəbi-mədəni əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov konqresin təşkilat komitəsinin üzvüdür.

Konqres ödənişlidir. Daha ətraflı məlumatları əldə etmək üçün aşağıdakı vasitələrlə əlaqə saxlamaq mümkündür.

Telefon/Whatshap: (+90533) 888 60 60

Ofis telefonu: (+90392) 650 20 00 (daxili: 1146)

E-mail: orhanhasanoglu@gau.edu.tr

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: