Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Qarabağın arxeoloji və etnomədəni irsinə dair konfrans keçiriləcək
20.04.2021 16:49
  • A-
  • A
  • A+

Qarabağın arxeoloji və etnomədəni irsinə dair konfrans keçiriləcək

21 may 2021-ci il tarixində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda onlayn elmi konfrans keçiriləcək.

Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr nəzərdə tutulur:

- Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixi;

- Qarabağ abidələrinin hazırkı vəziyyəti və gələcək tədqiqatların perspektivləri;

- Qarabağın alban irsi;

- Qarabağda etnodemoqrafik proseslər;

- Qarabağ əhalisinin ənənəvi təsərrüfat fəaliyyətinin, maddi və mənəvi mədəniyyətinin xüsusiyyətləri;

- Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri.

Bu istiqamətlər üzrə 3 səhifə həcmində tezislər 7 may tarixinə qədər pashaoglu@mail.ru və parviz.gasimov.pr@gmail.com elektron ünvanlarına göndərilməlidir.

Tezislərin tərtibi qaydaları:

- Tezislərin müəllif(lər)inin işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı göstərilməlidir;

- Tezislər 3 dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər;

- Tezislərin mətnləri Times New Roman, 14 şrifti ilə, 1,5 intervalla yığılmalıdır;

- Tezislərin açar sözləri göstərilməlidir.

Qeyd edək ki, konfransın keçirilmə tarixi ərəfəsində tədbir iştirakçılarının e-poçtlarına “ZOOM” proqramının müvafiq linki göndəriləcək.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: