Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Polimer Materialları İnstitutunun əməkdaşları respublika konfransında iştirak ediblər
17.04.2021 13:37
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun əməkdaşları respublika konfransında iştirak ediblər

AMEA-nın Polimer Materialları İnstitutunun əməkdaşları Sumqayıt Dövlət Universitetində keçirilən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən “Kimyanın müasir problemləri” mövzusunda onlayn respublika elmi konfransında iştirak ediblər.

Öz işini 2 gün ərzində 6 bölmə üzrə davam etdirən konfransın plenar iclasında Polimer Materialları İnstitutunun Biomimetik polimerlər laboratoriyasının müdiri, k.ü.f.d, dosent Sevil Maşayeva “Smart polimerlərin yeni nümayəndələri” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, Polimer Materialları İnstitutunun əməkdaşlarının 11 tezis və məqaləsi konfransın proqramına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: