Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycanda quş qripi təhlükəsi: infeksiya ocaqları və profilaktik tədbirlər” adlı vebinar keçirilib
16.04.2021 16:31
  • A-
  • A
  • A+

“Azərbaycanda quş qripi təhlükəsi: infeksiya ocaqları və profilaktik tədbirlər” adlı vebinar keçirilib

Aprelin 16-da AMEA-nın Biologiya və Tibb Elmləri BölməsiZoologiya İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda quş qripi təhlükəsi: infeksiya ocaqları və profilaktik tədbirlər” adlı vebinar təşkil edilib.

Tədbirin keçirilməsində məqsəd köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin quş qripi xəstəliyinin yayılma ehtimalına təsiri, infeksiya ocaqlarının qiymətləndirilməsi və quş qripinə qarşı profilaktik tədbirlər planının hazırlanmasından ibarət olub.

Vebinarı Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov açaraq quş qripi törədicisinin həm insan həyatına, həm də təsərrüfata vurduğu böyük ziyandan danışıb.

Tədbirdə, həmçinin AMEA-nın müvafiq institutlarının, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və AR Qida Təhlükəsizliyi Agentliyinin, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələrinin də çıxışları dinlənilib. Çıxışlarda quş qripi virusunun təbii rezervuarlarından, rekombinasiyası və mutasiyasından, xəstəliyə yoluxma hallarından, onun inkubasiya dövrü və ekologiyasından, yoluxmanın qarşısını almaq üçün düzgün profilaktika və dezinfeksiya vasitələrinin seçilməsindən bəhs olunub.

Sonda çıxışlar ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: