Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Muzeydə Nəriman Nərimanova məxsus materiallar qorunur
15.04.2021 17:02
  • A-
  • A
  • A+

Muzeydə Nəriman Nərimanova məxsus materiallar qorunur

15 aprel Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 151 illiyi tamam olur.

Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynayıb. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr verib. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınıb.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr, Hədiyyələr və xatirə əşyaları fondlarında  ictimai xadim Nəriman Nərimanova məxsus yazı ləvazimatı (İnv.396), qəzet, jurnal və bir sıra foto materiallar qorunur. 

Qeyd edək ki, həmin materiallar arasında Ali Pedaqoji İnstitutunun xəbərləri bölməsində institutun təsisatının 3-cü il dönümünə həsr olunan sayında N.Nərimanovun müəllim və tələbələrə dərc olunmuş müraciəti və Nəriman Nərimanov Həştərxanın ictimai xadimləri arasında fotosu yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: