AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Mürəkkəb dinamik sistemlərdə idarəetmə laboratoriyasının rəhbəri, prof. Kamil Mənsimov və həmin laboratoriyanın aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyevin həmmüəllif olduğu “Stoxastik Qursa-Darbu sistemlərində kvaziməxsusi idarələr” (Квазиособые управления в стохастических системах Гурса-Дарбу) adlı məqalə Rusiya Elmlər Akademiyasının Proqram Sistemləri institutunun “Proqram sistemləri: nəzəriyyə və tətbiqlər” elmi jurnalında dərc olunub.
Məqalədə paylanmış parametrli stoxastik optimal idarəetmə məsələsi tədqiq olunaraq, kvaziməxsusi idarələrin optimallığı üçün müxtəlif tipli zəruri şərtlər alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.