Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-də Zemfira Hacıyevanın şəxsi kitab kolleksiyası yaradılıb
14.04.2021 16:00
  • A-
  • A
  • A+

MEK-də Zemfira Hacıyevanın şəxsi kitab kolleksiyası yaradılıb

AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva Mərkəzi Elmi Kitabxanaya (MEK) öz şəxsi kitabxanasından 100-dən artıq nəşr hədiyyə edib.

Kitablar sırasında “Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir”, “Heydər Əliyev və mədəniyyət”, “Эволюция Азербайджанского Танца (Гусейнова А.Б.)”, “Osmanlı belgelerinde Karabağ”, ”Novruz süfrəsi (Əhmədov Əhməd-Cabir)”, “Март 1918 г. Баку Азербайджанские погромы в документах”, “Fizika həyatımızda (Çingiz Qacar)”, “Древнегреческие Атомисты (А.О.Маковельский)”, “Борьба за Закавказье (1917-1921) (Фируз Каземзаде)”, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” və digərləri yer alıb.

Qeyd edək ki, müxtəlif elmi mövzuları əhatə edən həmin nəşrlər kolleksiya şəklində toplanaraq MEK-in fondlarında mühafizə olunacaq və yaxın zamanlarda e-kataloqa daxil edilərək oxucuların istifadəsinə veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: