Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı çap olunub
09.04.2021 16:11
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciəti yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, kimyaçı alimlərin fotoelektrik günəş elementlərinin istehsalına töhfəsi, Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin 50 illik yubileyi, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağı, Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Radiasiya Problemləri İnstitutunun Elmi şuralarının iclası, AMEA-nın elmi müəssisə və təşkilatlarında keçirilən imtahanlar, koronavirusa qarşı vaksinasiya prosesi və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Alim və müəllim ömrünün mənası”, “Azərbaycanın elm və mədəniyyətinin təbliğində sərgilərin rolu”, “Beynəlxalq hüququn böhranı araşdırılmalıdır”, “Qarabağ abidələri 30 illik işğal dönəmində: tarixi dəyərləndirmə” sərlövhəli məqalələr, yeni nəşrlər, elmi yeniliklər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: