Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

BDU-nun tələbələri Biofizika İnstitutunda təcrübə keçirlər
07.04.2021 13:09
  • A-
  • A
  • A+

BDU-nun tələbələri Biofizika İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin IV kurs tələbələri AMEA-nın Biofizika İnstitutunda təcrübə keçirlər.

Təcrübə müddətində tələbələrə universitetdə əldə etdikləri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək və təcrübi olaraq dərinləşdirmək üçün hər cür şərait yaradılıb. Belə ki, xüsusi karantin rejiminin tələblərinə riayət etməklə universitetin tələbələri ayrı-ayrı qrup şəklində müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaların hər birində istifadə olunan cihaz və avadanlıqların iş pinsipləri ilə, həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar.

Aprelin 17-dək davam edəcək təcrübə prosesində məqsəd tələbələrin təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq təkmilləşdirmələri, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması və gənclərin elmə marağını stimullaşdırmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: