Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqinə dair kitab çap olunub
05.04.2021 14:55
  • A-
  • A
  • A+

Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqinə dair kitab çap olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İnci Qasımlının “Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi və müqayisəli  mətni” kitabı işıq üzü görüb.

Monoqrafiyada Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi aparılıb. Kitabın “Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin dövrü, mühiti, həyatı və yaradıcılığı” adlı I fəslində “Kitabi-taci-ədəb”in müəllifinin həyatı tədqiq edilir, onun yaradıcılıq fəaliyyəti dövrünün ədəbi mühiti barədə ətraflı məlumat verilir.

“Klassik türk ədəbiyyatı və Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin “Kitabi-taci-ədəb” əsəri” adlı II fəsildə klassik türk nəsrinin inkişaf mərhələlərinin geniş aspektdə təhlili aparılır, əsərin ideya-tematik əsasları tədqiq edilir.

“Kitabi-taci-ədəb” əsərinin tekstoloji tədqiqi” adlı III fəsildə xronoloji ardıcıllıqla əsərin əlyazma nüsxələrinin elmi-paleoqrafik təsviri verilir, əsərin tekstoloji tədqiqi aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: