Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb
02.04.2021 15:06
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı, həmçinin C.Ə.Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ölkə başçısının Sərəncamı yer alıb.

Nəşrin növbəti səhifələrində Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Qərarında dəyişiklik, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” kitabının təqdimatı, Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan konfrans, AMEA-nın elmi müəssisə və təşkilatlarında mart soyqırımına dair keçirilən silsilə tədbirlər, Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, dosent Elnarə Akimova ilə müsahibə və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Azərbaycan onkologiya elminin korifeyi”, “31 mart soyqırımı - Azərbaycanlıların qanlı tarixi”, “Nizami Gəncəvi və elm”, “Qarabağda nələr gördüm?” sərlövhəli məqalələr, yeni nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: