AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 3.1 saylı laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə 22-29 aprel 2021-ci il tarixlərində Rusiyanın Omsk şəhərində keçiriləcək "Tətbiqi riyaziyyat və fundamental informatika" mövzusunda IX beynəlxalq elmi-praktiki konfransın Proqram Komitəsinin üzvü seçilib.
Omsk Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə baş tutacaq konfransın proqramına 3.1 saylı laboratoriyanın əməkdaşlarının 1 plenar və 4 seksiya məruzəsi daxil edilib.
Konfransın onlayn rejimdə keçirilməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.