Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-ə “44 günlük diplomatiya dərsləri” kitabı daxil olub
02.04.2021 10:02
  • A-
  • A
  • A+

MEK-ə “44 günlük diplomatiya dərsləri” kitabı daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) “44 günlük diplomatiya dərsləri” adlı kitab daxil olub.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu tərəfindən nəşr olunan kitabda Prezident İlham Əliyevin 29 sentyabr – 9 noyabr 2020-ci il tarixləri arasında xarici KİV-ə verdiyi müsahibələri yer alıb.

Kitabda nəşr olunmuş 27 müsahibədə Azərbaycanın xarici ölkələr ilə sosial, strateji və iqtisadi, siyasi əlaqələri, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağa münaqişəsi, 44 günlük müharibə və qazanılan zəfər və s. bu kimi mövzular əhatə edilib.

Azərbaycan, ingilis və rus dillərində çap edilən kitabın ideya müəllifi Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: