Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əlyazmalar İnstitutu elmi tədqiqatların identifikasiyası üzrə qlobal reyestrə daxil edilib
01.04.2021 14:58
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu elmi tədqiqatların identifikasiyası üzrə qlobal reyestrə daxil edilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu baş qərargahı London şəhərində yerləşən "Digital Science" təşkilatının Elmi Tədqiqatların İdentifikasiyası üzrə Qlobal Reyestrində (GRID - Global Research Identifier Database) qeydiyyata alınıb və “grid.510394.a” saylı identifikasiya nömrəsinə sahib olub.

Sözügedən reyestrdə qeydiyyat prosesi institutun Beynəlxalq əlaqələr şöbəsi tərəfindən “Əlyazmalar İnstitutunun beynəlxalq akkreditasiya imkanlarının genişləndirilməsi üzrə Tədbirlər planı” çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, Əlyazmalar İnstitutu AMEA-nın GRID-ə daxil edilmiş sayca on birinci, Humanitar və İctimai elmlər bölməsi üzrə isə ilk müəssisəsidir.

Xatırladaq ki, London Kral Kollecinin fəaliyyətinin statistik və elmmetrik təhlillərini aparan Digital Science tərəfindən GRID Reyestrinin yaradılmasında məqsəd dünya elm və təhsil müəssisələrinin vahid elmi-coğrafi məlumat bazasını formalaşdırmaqdır. Bundan əlavə, son dövrlərdə internetdə elmi tədqiqat müəssisələrinin müxtəlif adlarla təqdim olunmasının, fərqli qısaldılmaların və s. qarşısını almaq, tədqiqatçılara elmi tədqiqat müəssisələri haqqında dəqiqləşdirilmiş və səhih məlumatlar verməkdir. İndiyədək Reyestrə 100467 elm və təhsil müəssisəsi haqqında məlumat daxil edilib.

Əlyazmalar İnstitutunun beynəlxalq reyestrdəki qeydiyyat səhifəsi ilə buradan tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: