Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Tofiq Nağıyevin məqaləsi Malayziyada işıq üzü görüb
24.03.2021 12:02
  • A-
  • A
  • A+

Akademik Tofiq Nağıyevin məqaləsi Malayziyada işıq üzü görüb

“Current Perspectives on Chemical Sciences” (“Kimya elminin müasir perspektivləri”) kitabında AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, Dövlət mükafatı laureatı, akademik Tofiq Nağıyevin “Qoşulma reaksiyaları nəzəriyyəsi: müasir ideyalar kontekstində diskussiya” adlı məqaləsi dərc olunub.

Kitab Malayziyada, dünyaca məşhur “Book Publisher International” nəşriyyatında işıq üzü görüb.

Məqalədə əvvəllər ümumiləşdirilərək “kimyəvi interferensiya” adlandırılan hal – bir kimyəvi reaksiyanın digərinin gedişinə təsirinin kinetik aspektləri ilə bağlı son illərdəki əsaslı tədqiqatların nəticələri öz əksini tapıb. Həmçinin məqalədə “Qoşulma prosesləri”nin yaranma mexanizminin şərhi ilə bağlı müəyyən yanaşmalar haqqında tənqidi fikirlər də yer alıb.

AzərTac

  • Paylaş: