Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Mari Sklodovskaya-Küri proqramına dair onlayn tədbir keçiriləcək
21.03.2021 17:37
  • A-
  • A
  • A+

Mari Sklodovskaya-Küri proqramına dair onlayn tədbir keçiriləcək

23 mart 2021-ci il tarixində saat 12:00-15:30-da “Horizon Europe” proqramı çərçivəsində Mari Sklodovskaya-Küri (MSCA) fəaliyyəti haqqında onlayn məlumat tədbiri təşkil ediləcək.

Bu tədbirin məqsədi MSCA proqramını təqdim etmək və tədqiqatçıları onun imkanlarından istifadəyə təşviq etməkdir. İştirakçılar proqramdakı dəyişikliklər, həmçinin benefisiarlar, layihə rəhbərləri və təqaüddən istifadə edənlərin təcrübələri haqqında məlumat ala biləcəklər. “Horizon Europe” çərçivəsində MSCA istifadə, həyata keçirilmə və müraciət etmək üçün sadələşdiriləcək.

Məlumat sessiyası tədqiqatçılar, ali təhsil müəssisələri, tədqiqat institutları, tədqiqat maliyyələşdirmə agentlikləri və hazırda MSCA-da iştirak edən və ya gələcəkdə maliyyə çağırışlarına ilk dəfə müraciət etmək istəyən digər təşkilatlar üçün açıqdır. Özəl sektor təşkilatları və digər sosial-iqtisadi qurumlar da MSCA-nın sektorlararası əməkdaşlıq üçün yaratdığı imkanlarla tanış olmaq üçün tədbirə dəvət olunurlar.

Tədbirlə bağlı ətraflı məlumatı buradan ala bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: