Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevin 60 yaşı tamam olur
20.03.2021 14:56
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevin 60 yaşı tamam olur

Bu gün görkəmli psixoloq alim, “Şöhrət” ordenli, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əli­yevin 60 yaşı tamam olur.

Bəxtiyar Həmzə oğlu Əli­yev 20  mart 1961-ci ildə Ağdam şəhərində anadan olub. 1983-cü ildə M.V.Lomonosov adına Mosk­va Dövlət Uni­versitetinin Psixo­logiya fa­­kültəsini bitirib. Bakı Dövlət Universitetinin Psixolo­giya kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. 1997-ci ildən bu günə kimi Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiridir.

O, 1989-cu ildə “Millət­lərarası ünsiy­yət sosial-psixo­loji təh­lilin obyekti kimi” mövzusunda fəlsəfə, 1998-ci ildə “Cinayət və mülki pro­sesdə məh­kə­mə-psixoloji ekspertizası problemləri” mövzusunda doktorluq işini müdafiə edib, 2000-ci ildə pro­fessor elmi adını alıb, 2007-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriy­yəsini işləyib hazırla­yıb. Eləcə də “Şəxsiyyətə yeni baxış” nəzəriyyəsinin müəllifi­dir. O, 6 monoqrafiyanın, 15 dərs­lik və dərs vəsaitinin, 35 proq­ram və me­todiki tövsiyənin, 201 elmi məqalə və te­zi­sin müəllifidir, xarici ölkə­lərdə 65 elmi əsəri çap edilib. Onun “Məh­kəmə-psixoloji ekspertizasının əsasları”, “Cinayət və mülki proseslərdə məh­kəmə-psixoloji ekspertizası problemləri”, “Diqqət və hafizənin psixologi­yası” (həm­müəllif) və s.əsərləri elmi ictimaiyyətin rəğbətini qazanıb.

Görkəmli psixoloq alim respublikamızda ilk də­fə olaraq Məhkəmə-psixoloji eksper­tizası elmi-tə­dqiqat laboratoriyasını (1990), Eksperimental psixolo­giya elmi-təd­qi­qat (1999) laboratori­yasını, 2018-ci ildə isə Psixologiya Elmi Tədqiqat İnstitutunu yaradıb. 1999-cu ildə isə “Psixo­logiya jurnalı”­nı təsis edib və elə həmin dövrdən indiyədək jurnalın baş redak­to­rudur.

Beynəlxalq Kadrlar Akademiyasının hə­qi­qi üzvü olan Bəxtiyar Əliyev 2000-ci ildən II, III, IV, V və VI Ça­ğı­rış Azərbaycan Res­pub­li­ka­sı Milli Məclisinin de­putatı seçilib.  2005-2020-ci illərdə Milli Məclisin Elm və Təh­sil Komi­tə­si­nin sədr müa­vini, 2020-ci ilin mart ayından indiyə kimi isə VI Çağırış Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədridir.

Elmi kadrların yetişdirilməsində alimin xüsusi xidməti var. B.Əliyevin rəhbərliyi al­tın­da 36 fəlsəfə, 6 doktorluq dissertasiyası mü­dafiə olunub.

Bəxtiyar Əliyev 2019-cu ildə Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev tərəfindən elm və təhsil sahəsindəki fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Görkəmli alimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və elmi-təşkilati fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: