Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb
19.03.2021 19:20
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına, eləcə də Şuşa şəhərinə səfərlərini əks etdirən məlumat yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Novruz bayramı münasibətilə təbriki, “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi, Ədəbiyyat İnstitutunda Nizami Gəncəviyə həsr olunan konfrans, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının informasiyalaşdırılmasına dair onlayn müşavirə, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevlə, Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ilə, eləcə də Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilovla müsahibələr və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında multikultural ovqat”, “Dövlət siyasətinin prioritet istiqamətləri”, “Azərbaycan elminin kommersiyalaşdırılması ilə bağlı ciddi islahatlar aparılır”, “Elmin inkişafında elm tarixinin və elmşünaslığın rolu”, “Qarabağda külək enerjisindən istifadə imkanları”, “Zehniyyətimizi zənginləşdirən məbəd” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: