Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.03.2021 18:22
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları təltif olunublar

Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları təltif olunublar

Martın 19-da AMEA-nın Yer Elmləri Bölməsində bölməyə daxil olan elmi müəssisə və təşkilatların bir qrup qadın əməkdaşı və Vətən müharibəsi iştirakçısı olan qazilərlə görüş keçirilib.

Bölmənin Elmi şurasının sədr müavini, AMEA-nın Neft və Qaz İnstitutunun direktoru v.i.e., akademik Fəxrəddin Qədirov bildirib ki, bölməyə daxil olan elmi müəssisə və təşkilatların bir qrup qadın əməkdaşı AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İbrahim Quliyev tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyasının elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Fəxri fərmanla təltif ediliblər. AMEA-da çalışan xanımların ölkəmizdə elmin inkişafındakı xidmətlərindən danışan akademik Fəxrəddin Qədirov daha sonra təltif olunan xanımlara mükafatlarını təqdim edib.

Qeyd edək ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı da təltif olunan qadınlar sırasındadırlar.

Daha sonra, akademik Fəxrəddin Qədirov bölməyə daxil olan təşkilatlarda çalışan Vətən müharibəsinin qaziləri ilə görüşüb. Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində iştirak edən qazilərin döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaətlərdən bəhs olunub.

Sonra qazilər Yer Elmləri Bölməsinin  Fəxri fərmanı ilə təltif ediliblər.

Görüşdə RSXM-nin Vətən müharibəsində iştirak edən əməkdaşları – Bərdə Seysmik stansiyanın müdiri Gəray Əsədov, Saatlı Seysmik stansiyasının müdiri Sadiq Haxıyev və Zəlzələlərin tədqiqatı bürosunun əməkdaşı Elsəvər Rəhimov da var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: