Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

ETİ-də Elm gününə həsr olunan seminar keçirilib
17.03.2021 10:12
  • A-
  • A
  • A+

ETİ-də Elm gününə həsr olunan seminar keçirilib

AMEA-nın Elm Tarixi İnstitutunda (ETİ) 27 Mart - Elm Gününə həsr olunan elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan institutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli elm tarixinin təşəkkülü və təşkilatlanma prosesi haqqında məlumat verib. Alim qeyd edib ki, multidissiplinar sahə olan elm tarixinin əsası XVI əsrdə ingilis filosofu, tarixçi, yazıçı Frensis Bekon tərəfindən qoyulub və sonralar belçikalı alim Corc Sorton, amerikalı tarixçi Merton Colter, rusiyalı alim Vladimir Vernadski və digərləri tərəfindən bu elm sahəsi təkmilləşdirilib.

Azərbaycanda elm tarixinin təşkilatlanma prosesinin isə XX əsrin 60-cı illərində Təbiətşünaslıq və texnika tarixi elmi şurasının yaradılması ilə başladığını söyləyən, institut direktoru bu gün dünyada elmlərin inteqrasiyasının getdiyini, biofizika, biokimya, molekulyar biologiya, molekulyar biofizika kimi yeni elm sahələrinin yarandığını diqqətə çatdırıb. Bundan əlavə, hazırda dünyada 140-dan çox elm tarixi kafedrasının və 5 Elm Tarixi İnstitutunun fəaliyyət göstərdiyini bildirib.

ETİ-nin qısa müddətdə dünyanın bir çox elmi mərkəzləri ilə əlaqələr qurduğunu və əməkdaşlıq etdiyini diqqətə çatdıran M.Seyidbəyli qeyd edib ki, müəssisədə elmlərin multidissiplinar təhlilini vermək, elm tarixinin nəzəri və metodoloji problemlərini əsaslandırmaq, eləcə də qədim dövrdən bu günə qədərki tarixi görüşlərin formalaşmasını öyrənmək istiqamətində işlər aparılır.

Sonra Elm Tarixi İnstitutunun əməkdaşları – Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “ Elm Tarixinin əsas metodları”, sosiologiaya elmləri üzrə fəlsəfə doktoru Səadət Məmmədova “Elmin sosiologiyası”,  elmi işçi Elxan Quliyev isə “Elm tarixi haqqında” adlı məruzələr təqdim edərək mövzuya müxtəlif aspektlərdən münasibət bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: