Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Vətənim” verilişinin növbəti buraxılışı Azərbaycan tarı və onun ifaçılıq sənətinə həsr olunacaq
15.03.2021 16:23
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin növbəti buraxılışı Azərbaycan tarı və onun ifaçılıq sənətinə həsr olunacaq

Martın 15-də saat 21:20-də Mədəniyyət kanalında “Vətənim” verilişinin növbəti buraxılışı nümayiş etdiriləcək.

Veriliş Azərbaycan tarı və onun ifaçılıq sənətinə həsr olunacaq. Proqramda tarın tarixi, Azərbaycan musiqisinin inkişafında onun rolu və yeri, dahi sənətkarların tar haqqında fikirləri, tar ifaçıları və s.-dən bəhs olunacaq.

“Vətənim” verilişinin aparıcısı AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: