Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Beynəlxalq tədbirdə Azərbaycanda meliorasiya olunmuş torpaqlarda suvarmanın su-duz rejiminə təsirindən danışılıb
15.03.2021 10:15
  • A-
  • A
  • A+

Beynəlxalq tədbirdə Azərbaycanda meliorasiya olunmuş torpaqlarda suvarmanın su-duz rejiminə təsirindən danışılıb

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, a.e.d. Mustafa Mustafayev görkəmli qazax alimi, professor L.E.Tajibayevin anadan olmasının 105 illiyinə həsr edilən “Qloballaşma kontekstində su ehtiyatlarının idarə olunması” mövzusunda onlayn beynəlxalq elmi-praktiki kofransda iştirak edib.

Qazaxıstan Milli Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Orta Asiyada su ehtiyatlarının idarə edilməsinin səmərəliyinin artırılması üçün təkliflərin hazırlanması, regional ekoloji problemlərin həllinə dair birgə əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və s. mövzularda müzakirələr aparılıb, müvafiq qərar qəbul edilib.

Mustafa Mustafayev konfransın plenar iclasında “Azərbaycanda meliorasiya olunmuş torpaqlarda suvarmanın su-duz rejiminə təsiri” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: