Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rasim Əliquliyev beynəlxalq konfransın Proqram Komitəsinin üzvü seçilib
14.03.2021 15:13
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev beynəlxalq konfransın Proqram Komitəsinin üzvü seçilib

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Rusiyanın Cənub-Qərb Dövlət Universitetinin təşkilatçılığı ilə 14-17 sentyabr 2021-ci il tarixlərdə keçiriləcək “Tanıma – 2021” XVI beynəlxalq konfransının (“Распознавание — 2021”) Proqram Komitəsinin üzvü seçilib.

Qeyd edək ki, konfransın təşkilatçılarından biri də AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

Elmi tədbirdə təsvirlərin emalı, analizi və tanınmasının riyazi nəzəriyyəsi, planlaşdırmanın və maşın görməsi sistemlərinin hesablanmasının əsasları, ixtisaslaşdırılmış hesablama vasitələri, təsvirlərin emalı və obrazların tanınmasında paralel və paylanmış hesablamalar və digər istiqamətlərdə məruzələrin dinlənilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: