Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Ramiz Məmmədov ARB TV-də külək və onun fəsadlarından danışıb
14.03.2021 15:09
  • A-
  • A
  • A+

Akademik Ramiz Məmmədov ARB TV-də külək və onun fəsadlarından danışıb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ARB TV-də külək və onun fəsadları haqqında danışıb.

Bakıda küləklərin getdikcə çoxalmasının dünyada baş verən qlobal iqlim dəyişmələri ilə əlaqədar olduğunu söyləyən alim bu təbiət hadisəsinin daha da artacağını və onların həm tezliyinin, həm də amplitudunun (gücünün) artmasının gözlənilən olduğunu vurğulayıb. Akademik bildirib ki, küləyin fəsadları təkcə evlərin dam örtüklərinin uçması, ağacların aşması kimi hallarda özünü göstərmir, bu fəsadlar açıq dənizdə gəmilərin hərəkətində, neftçilərin fəaliyyətində, tikintidə daha kəskin şəkildə özünü büruzə verir. Onun sözlərinə görə, xalq arasında “qara yel” deyilən güclü külək əkin sahələrində bitkilərin məhvinə  də səbəb ola bilər.

“Küləkdən qorunmaq yox, ona adaptasiya olunmaq lazımdır, insanlar belə hadisələrin istənilən an baş verə biləcəyini nəzərə almalı, həmişə hazırlıqlı olmalıdırlar”, - deyə akademik söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: