Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva MDU-nun Fəxri professoru diplomuna layiq görülüb
26.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva MDU-nun Fəxri professoru diplomuna layiq görülüb

AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin Fəxri professoru diplomuna layiq görülüb.

Alim bu mükafata M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması və inkişafında, Rusiyanın bu qabaqcıl ali məktəbi ilə səmərəli əməkdaşlığın qurulmasında xidmətlərinə görə layiq görülüb.

Fəxri diplom Nərgiz Paşayevaya yanvarın 26-da Rusiyanın paytaxtında Moskva Dövlət Universitetinin 260 illik yubileyinə həsr olunmuş təntənəli iclasda təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: