Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb
05.03.2021 16:24
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirakına dair material yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın qadın əməkdaşlarına təbriki, Humanitar və İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı, Neft və Qaz İnstitutunun Elmi şurasının iclası, “Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin GEANT-ın onlayn tədbirində iştirakı, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əməkdaşlıq məsələləri üzrə komissiyanın ilk iclası və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Nizami Gəncəvinin milli mənsubiyyətinə dair bəzi qeydlər”, “Qarabağ toponimlərinin izi ilə” sərlövhəli məqalələr, Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova, o cümlədən Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova ilə müsahibələr, nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: