Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  BƏYANATLAR

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat xidmətinin açıqlaması
04.03.2021 22:21
  • A-
  • A
  • A+

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat xidmətinin açıqlaması

Mətbuatda AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Qaynar xətt”inin iş vaxtından (17:00) sonra fəaliyyət göstərməməsi ilə bağlı xəbər verilmişdir.

Bununla əlaqədar bildiririk ki, sözügedən məsələ, xəttin proqram təminatında yaranmış problemlə bağlıdır. Onu da diqqətə çatdırırıq ki,  “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramı”nda (maddə 6.1.5.) “Qaynar xətt”ə aid bu kimi texniki məsələlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunmuşdur. Yaranmış problemlə bağlı tərəfimizdən nazirliyə məktubla müraciət edilmişdir. Nazirlikdən verilən məlumata əsasən, proqram təminatı müəyyən müddətdən sonra yenilənməlidir və qurumun mütəxəssisləri sabah bu problemi həll edəcəklər. “Qaynar xət”dəki şəhər telefonu məsələsinə gəldikdə isə, xidmətin işə başlamasının lap əvvəlindən bugünə qədər həmişə orada yalnız şəhər telefonu istifadədə olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: