Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Milli Azərbaycan Tarixi Muzeyi kitabtoplama kampaniyasına qoşulub
02.03.2021 16:01
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyi kitabtoplama kampaniyasına qoşulub

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 1990-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar AR Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi də qoşulub.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı kitabtoplama kampaniyasının əhəmiyyətini vurğulayaraq bu kimi addımların atılmasını yüksək qiymətləndirib.

Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxana müdiri İradə Qasımovanın iştirakı ilə 78 adda 780 nüsxə kitab işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına bağışlanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: