www.science.az
02.03.2021 12:30

Mərkəzi Elmi Kitabxanaya dəyərli nəşrlər daxil olub

Mərkəzi Elmi Kitabxanaya AMEA-nın Naxçıvan Bölməsindən və Qobustan Milli Tarix-Bədii Qoruğundan elmi mənbələr daxil olub.

Nəşrlər sırasında Naxçıvan Bölməsindən “Günəş sisteminin kiçik cisimləri”, “Haqq divanı”, “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri”, “Naxçıvanın neolit mədəniyyəti”, “Əl-fəvatih-ül-ilahiyyə-vəl-məfatih-ül-qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi), “Elmi əsərlər” (təbiət və texniki elmlər seriyası), “Qısa kimya ensiklopediyası” və digər kitablar yer alıb.

Qobustan Milli Tarix-Bədii Qoruğundan daxil olan kitablar arasında isə 1939-cu ildə görkəmli arxeoloq İshaq Cəfərzadənin Cingirdağ-Yazılıtəpə sahəsində Qobustan qayaüstü incəsənətinə aid ilk təsvir nümunələrini aşkar etməsinin 80 illiyinə həsr edilən, müəllifləri Rəhman Abdullayev və Sevinc Şirinli olan “Qobustan Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı nəşr öz əhəmiyyətinə görə seçilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.