Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.03.2021 16:50
  • A-
  • A
  • A+

BDU-nun tələbələri Zoologiya İnstitutunda təcrübə keçirlər

BDU-nun tələbələri Zoologiya İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavr və magistrantları AMEA-nın Zoologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər. 

Təcrübə prosesi Zoologiya İnstitutu ilə BDU arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən baş tutur.

Belə ki, biologiya elmləri üzrə fəlsəfə doktorları Çingiz Məmmədov və Sara Əliyevanın rəhbərliyi ilə bir qrup magistrant Mingəçevir Elmi-Təcrübə Stansiyasında tədqiqat aparıblar. Magistrantlara stansiyanın göllərində yetişdirilən balıqların saxlanma şəraiti, balıq fərdləri üzərində elmi-praktiki işlərin yerinə yetirilməsi prosesləri izah edilib.

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb və onlarla fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: