Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb
26.02.2021 18:35
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul etməsinə dair material yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvləri ilə onlayn görüş, Akademiyanın elmi müəssisə və təşkilatlarında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbirlər, İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayevlə müsahibə və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Xocalı soyqırımı canlı tarix və insan hüquqları kontekstində”, “Soyqırımı psixologiyası”, “Nizami Gəncəvinin milli mənsubiyyətinə dair bəzi qeydlər”, “Kimya sənayesinə töhfələr verən elm xadimi”, “İmamverdi Həmidov - 80 ilin mənalı və məhsuldar imzası”, “Şuşanın dağları: tədqiqatçı sorağında” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: