Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Gövhər Baxşəliyevanın Xocalı soyqırımı barədə məqaləsi İordaniyada yayımlanıb
26.02.2021 12:50
  • A-
  • A
  • A+

Akademik Gövhər Baxşəliyevanın Xocalı soyqırımı barədə məqaləsi İordaniyada yayımlanıb

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın "Xocalı soyqırımı bəşər tarixinin qanlı səhifəsidir" adlı məqaləsi İordaniya Haşimilər Krallığının nayrouz.com xəbər agentliyində dərc edilib. 

Akademik Gövhər Baxşəliyeva öz məqaləsində Ermənistan hərbi-siyasi qüvvələrinin ötən əsrin əvvəllərindən başlayaraq dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi soyqırımlar haqqında geniş məlumat verib. Məqalədə 26 fevral 1992-ci ildə baş vermiş bəşər tarixinin ən dəhşətli cinayəti Xocalı faciəsindən ətraflı şəkildə bəhs edilir, erməni hərbi birləşmələrinin yerli əhaliyə qarşı törətdiyi cinayətlər haqqında faktlar qeyd edir. Akademik Gövhər Baxşəliyeva məqalədə ümummilli lider Heydər Əliyevin Xocalı cinayətinə hüquqi və beynəlxalq qiymət verilməsi istiqamətində fəaliyyətlərini işıqlandırır.

G.Baxşəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə tanıtdırılması və hadisələrə hüquqi qiymət verilməsi yolunda həyata keçirdikləri tədbirlər haqqında geniş məlumat verir. Bununla yanaşı, məqalədə Xocalı həqiqətləri haqqında dövlət müəssisələrində, o cümlədən Şərqşünaslıq İnstitutunda müxtəlif dillərdə yazılan kitab və məqalələr haqqında məlumatları əksini tapır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: