www.science.az
22.01.2015 00:00

AMEA Şəki Regional Elmi Mərkəzinə yeni təyinatlar olub

Riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanov AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi vəzifəsinə təyin edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 21 yanvar 2015-ci il tarixli iclasında qəbul olunub.

Digər bir qərarla isə biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov Mərkəzin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.