Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azad Həmkarlar İttifaqı Xocalı soyqırımı qurbanlarını yad edib
25.02.2021 14:45
  • A-
  • A
  • A+

Azad Həmkarlar İttifaqı Xocalı soyqırımı qurbanlarını yad edib

AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) Rəyasət Heyətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Tədbirdə AHİ-nin sədri, professor Habil Qurbanov və digər iştirakçılar soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxışlarda bildirilib ki, 29 il bundan əvvəl Azərbaycan xalqı tarixinin ən faciəvi günlərindən birini yaşayıb. Ermənilər bir gecədə Xocalıda yüzlərlə insanı əsir götürərək insanlığa sığmayan əzablara məhkum edib, öldürüb, evləri, məktəbləri, mədəniyyət ocaqlarını yandırıb.  Faciə zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla 613 Xocalı sakini vəhşicəsinə qətlə yetirilib.

İclasda ölkə rəhbərliyi tərəfindən “Xocalya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən layihə və tədbirlər yüksək qiymətləndirilib.

Sonda professor Habil Qurbanov qeyd edib ki, belə faciələrin xalqımızın taleyində bir daha təkrarlanmaması üçün bu gün ölkədə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoyan milli birliyimiz əsas fəaliyyət amalımız olmalı, hər birimiz günü-gündən daha da inkişaf edən güclü Azərbaycan üçün öz töhfəmizi  əsirgəməməliyik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: