Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin institutlarına yeni təyinatlar olub

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin institutlarına yeni təyinatlar olub

AMEA Rəyasət Heyətinin 21 yanvar 2015-ci il tarixli iclasında biologiya üzrə fəlsəfə doktoru Zemfira Abbasovanın Dendrologiya İnstitutunun elmi katibi vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edilib.

Rəyasət Heyətinin digər bir qərarı ilə isə biologiya üzrə fəlsəfə doktoru Zümrüd Məmmədova həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

İclasda, həmçinin biologiya üzrə elmlər doktoru Nailə Mirzəyevanın AMEA Zoologiya İnstitutunun elmi katibi, biologiya üzrə elmlər doktoru Zəkəriyyə Məmmədovun isə Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təyin edilmələri barədə qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: