Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.02.2021 09:40
  • A-
  • A
  • A+

Ərdəbildə “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin I cildinin onlayn təqdimatı olub

Ərdəbildə “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin I cildinin onlayn təqdimatı olub

İran İslam Respublikasının Ərdəbil şəhərində “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin I cildinin beynəlxalq səviyyədə onlayn formatda təqdimat mərasimi keçirilib.

Lüğət Ayətullah Seyyid Həsən Amilinin təşəbbüsü ilə Əhəd Byütənin rəhbərliyi altında böyük bir heyət tərəfindən tərtib olunub. Tədbirdə İran alimləri ilə yanaşı, Azərbaycandan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Türkiyədən Əli Qafqasyalı, Seyfəddin Altaylı və digərləri iştirak ediblər.

Akademik Möhsün Nağısoylu mərasimdə lüğətin əhəmiyyətindən danışaraq onun imkanları, söz və ifadələri haqqında məlumat verib.

İclasda bildirilib ki, lüğət müəllifləri kənd-kənd, oba-oba gəzərək sözügedən əsəri ərsəyə gətiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: