Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim ARB TV-də yağış suyundan istifadə imkanlarından danışıb
19.02.2021 15:09
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim ARB TV-də yağış suyundan istifadə imkanlarından danışıb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov ARB kanalının “Günə doğru” verilişinə yağış suyundan istifadə haqqında müsahibə verib.

Alim qeyd edib ki, paytaxtın müxtəlif yerlərində içməli sudan həm də texniki su kimi yaşıllıqların suvarılmasında və digər məqsədlərlə istifadə edilir. Onun sözlərinə görə, yaşıllıqların suvarılması üçün ən yaxşı yol isə yağış sularından istifadə etməkdir: “Məsələn, yolların kənarında quraşdırılmış suötürücü qurğular vasitəsilə yağan yağışları toplayaraq onları su anbarlarında saxlamaq olar. Hər bir binanın damına toplanan və su boruları ilə axan yağış sularını anbarlara yığıb saxlamaqla, həmin suyun hesabına yay aylarında yaşıllıqları da suvarmaq mümkündür. Bununla da içməli suya 30-40% qənaət etmiş olarıq”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: