www.science.az
21.01.2015 00:00

Folklor İnstitutunun nəzdində “Cənubi Azərbaycan folkloru” şöbəsi yaradılıb

Bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib. AMEA Humanitar və İctimai Elmlər Bölməsinin vəsatətini nəzərə alaraq, AMEA Folklor İnstitutunun nəzdində Cənubi Azərbaycan folkloru şöbəsi yaradılıb. Əsas məqsəd Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işinin səmərəli təşkilini, bu işlərin müasir elmi prinsiplər əsasında sistemli və ardıcıl aparılmasını, onun problemlərinin yeni elmi mövzular kimi müəyyənləşdirilməsini təmin etməkdir.

Qərarın icrasına nəzarət AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimliyə həvalə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.