www.science.az
21.01.2015 00:00

“Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyası yaradılıb

AMEA Rəyasət Heyətinin 17 sentyabr 2014-cü il tarixli qərarı əsasında AMEA Botanika İnstitutu ilə ABŞ-ın Elm və Texnologiya üzrə Ayova Dövlət Universiteti arasında “Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyası yaradılmışdır.

“Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyasının 2015-2017-ci illər üçün nəzərdə tutulmuş elmi fəaliyyət proqramı və büdcəsi ABŞ-ın Elm və Texnologiya üzrə Ayova Dövlət Universiteti ilə razılaşdırılmışdır.

Qeyd olunanlarla əlaqədar, AMEA Rəyasət Heyətinin bugünkü iclasında “Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyasının elmi fəaliyyət proqramının təsdiq edilməsi haqqında qərar qəbul edilib. Proqramın icrasından irəli gələn məsələlərin həlli AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əli-zadəyə, qərarın icrasına nəzarət isə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanova həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.