www.science.az
21.01.2015 00:00

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Tədbirlər planı təsdiq olunub

Məlum olduğu kimi, cari ilin mart ayında Azərbaycan xalqının ictimai fikir tarixində və sosial-ictimai tərəqqisində mühüm rol oynamış Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70 ili tamam olur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə AR Nazirlər Kabineti 2014-cü il noyabrın 21-də “AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Tədbirlər planı”nı təsdiq etmişdir.

AMEA Rəyasət Heyətinin bugünkü iclasında Tədbirlər planının icrasını təmin etmək məqsədilə Təşkilat komitəsi yaradılmış və tərkibi təsdiq olunmuşdur. Yubiley ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təmin etmək üçün AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin sədrliyi ilə İşçi qrupun və onun tərkibinin yaradılması qərara alınmışdır. R.Əliquliyevə yubileylə əlaqədar tədbirlərin icrası ilə bağlı təklifləri hazırlayaraq AMEA prezidentinə təqdim etməsi tapşırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.