www.science.az
21.01.2015 00:00

AMEA Aşqarlar Kimyası İnstitutunun fəal gənc alimləri mükafatlandırılıb

AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən institutun 2014-cü ildə elmi və ictimai fəaliyyəti ilə fərqlənən bir qrup gəncləri mükafatlandırıb. Bu münasibətlə keçirilən tədbirdə institutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, Gənc Alim və Mütəxəssislər Şurası son bir ildə aktiv fəaliyyət göstərmişdir. Şura tərəfindən gənclərin elmə stimullaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir.

Sonra çıxış edən şuranın sədri, k.ü.f.d. Əfsun Sucayev bildirib ki, təltif olunan gənclərin seçilməsi zamanı onların akademiya tarixində ilk dəfə keçirilən “Bakı Elm Festivalı-2014”də fəal iştirakı, “Əsrin müqaviləsi”nin 20 illiyi və “Neftçilər Günü”nə həsr olunan gənc alim və mütəxxəssislərin I Beynəlxalq Konfransında məruzələri və xaricdə yüksək impakt faktorlu jurnalda çap olunan əsərləri əsas meyar götürülmüşdür.

Sonra institutun doktorantları Xədicə Məmmədyarova, Aysel Rəhimova, Nəzər Nəzərova, Mənsurə Hüseynovaya və AMEA institutlararası futbol çempionatında aktiv iştirakına görə “Aşqarlar” komandasının üzvlərinə müvafiq diplomlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.