www.science.az
04.02.2021 12:40

Biofizika İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Biofizika İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi üzrə 3, kiçik elmi işçisi üzrə 3, mühəndis üzrə 1, Molekulyar və hüceyrə biokimyası laboratoriyasının kiçik elmi işçisi üzrə 1 və İnteqrativ biologiya birgə laboratoriyasının kiçik elmi işçisi üzrə 1 yerdir.

Müsabiqədə elmi işçi vəzifəsi üzrə təcrübəsi olan şəxslər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan çap edilən gündən etibarən 1 ay müddətində təqdim edilməlidir. Müsabiqə 6 aprel 2021-ci il tarixində keçiriləcək. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ünvan: Bakı ş., Z.Xəlilov küç., 117.

Tel.: (+994 12) 432 67 14, (+994 12) 432 37 60

E-mail: florida.r.yahyayeva@mail.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.