Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Beynəlxalq radioaktiv tullantıların idarəedilməsinə həsr olunan konfrans keçiriləcək
01.02.2021 14:44
  • A-
  • A
  • A+

Beynəlxalq radioaktiv tullantıların idarəedilməsinə həsr olunan konfrans keçiriləcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) təşkilatçılığı ilə 1-5 noyabr 2021-ci il tarixlərində “Beynəlxalq radioaktiv tullantıların idarəedilməsi: Davamlı gələcək üçün həll yolları” adlı konfrans keçiriləcək.

Avstriyanın Vyana şəhərində təşkil olunacaq konfrans radioaktiv tullantıların idarəedilməsi sahəsindəki mövcud vəziyyət və həll yolları haqqında fikir və informasiya mübadiləsini təşviq etmək məqsədi daşıyır. Konfransda məruzə və ya poster təqdimatla iştirak etmək istəyənlər 5 mart 2021-ci il tarixinə qədər konfransın veb əsaslı sənəd göndərmə sistemi olan IAEA – INDICO vasitəsilə elektron formatda xülasə təqdim etməlidir.

Qeyd edək ki, konfrans çərçivəsində bu sahədə təcrübə qazanmış ölkələrdən olan alim və mütəxəssislərin iştirakı ilə “Milli proqramatik perspektivlər”, “Tullantıların idarəedilməsi strategiyalarının tətbiqi”, “Müvafiq tullantılar üzrə həll yolları”, “Radioaktiv tullantıların idarəedilməsinin dəstəklənməsində təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasının rolu”, “Radioaktiv tullantıların idarəedilməsi proqramlarının sosial-iqtisadi tərəfləri”, “İnteqrasiya edilmiş tullantıların idarəedilməsi” və “Radioaktiv tullantıların idarəedilməsində ölkələrarası əməkdaşlıq” mövzuları üzrə panel müzakirələrin aparılması, eləcə də əlavə tədbir və sərgilərin təşkili nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: