AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda təhsil alan magistrantların qış imtahan sessiyası davam edir.
Belə ki, “Neft kimyası”, “Nanomateriallar kimyası” və “Ətraf mühit kimyası” ixtisasları üzrə təhsil alan I kurs magistrantlar “Kimyanın müasir problemləri”, II kurs magistrantlar isə “Konservasiya mayeləri və korroziyaya qarşı inhibitorlar”, “Aktivləşdirilmiş karbon adsorbentlərinin yerli xammal əsasında sintezi və onların istifadə perspektivləri” və “Qeyri-ənənəvi enerji ehtiyatları” fənləri üzrə onlayn imtahan veriblər.
İmtahanda AMEA Rəyasət Heyəti aparatının Magistratura şöbəsinin müdir müavini Ramin Həsənov da iştirak edib.
Sözügedən imtahanlar uğurla başa çatıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.