Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

YT Parkın rezidentinin istehsal etdiyi mühərrik yağları Ukraynada sınaqdan keçirilib
25.01.2021 14:00
  • A-
  • A
  • A+

YT Parkın rezidentinin istehsal etdiyi mühərrik yağları Ukraynada sınaqdan keçirilib

Ukrayna mütəxəssisləri tərəfindən yüksək təzyiqə davamlı “M-16ИХП-3У” mühərrik yağının hazırlanması barədə daxil olan müraciətə əsasən, AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun mütəxəssisləri Aşqarlar Kimyası İnstitutunun (AKİ) tədqiqatçıları ilə birgə bu istiqamətdə təcrübələr aparıb, mühərrik yağının 10-15 resept üzrə nümunələri hazırlanıb.

Parametrləri Ukrayna mütəxəssislərinin tələblərinə cavab verən “M-16ИХП-3У” mühərrik yağı Ukraynada texnikalarda sınaqdan keçirilərək qənaətbəxş nəticə göstərib.

Ukrayna mütəxəssisləri tərəfindən müsbət rəy alan bu yağın gələcəkdə sifariş olunması nəzərdə tutulur.

Qeyd edək ki, istehsal olunan bütün məhsulların resepturaları, keyfiyyət göstəriciləri Azərbaycan Standartlaşdırma İnstitutunda akkreditasiyadan keçib, Avropa standartlarına cavab verən zavodun Elmi-tədqiqat və sınaq laboratoriyasındakı müasir cihaz və avadanlıqlar vasitəsilə təyin edilib, bu məhsullara analitik nəzarət olunduqdan sonra keyfiyyət pasportları hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: