Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

25.01.2021 13:13
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi Rusiyada işıq üzü görüb

Azərbaycanlı alimlərin məqaləsi Rusiyada işıq üzü görüb

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, dosentlər Xanbala RüstəmovMehrac Abbasovun “Адаптивный потенциал сортов пшеницы твердой (Triticum durum Desf.) Азербайджана” adlı məqaləsi N.İ.Vavilov adına Ümumrusiya Bitki Genetik Ehtiyatları İnstitutunun “Tətbiqi botanika, genetika və seleksiya üzrə” elmi jurnalında dərc olunub.

Məqalə bərk buğdanın Azərbaycanda yaradılmış qədim yerli, xalq və elmi seleksiya sortlarının adaptivlik potensialının müxtəlif aqroiqlim şəraitlərində tədqiqi üzrə aparılan uzunmüddətli tədqiqatların nəticələri əsasında hazırlanıb.

Qeyd edək ki, sözügedən nəşr Rusiya Federasiyasının bitki genetik ehtiyatları üzrə ən tanınmış və ən çox oxunan jurnallarındadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: