Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim: "Xəzərdə suyun enməsi daha da intensivləşib"
25.01.2021 10:35
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim: "Xəzərdə suyun enməsi daha da intensivləşib"

AMEA-nın Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov Xəzər dənizinin səviyyəsinin düşməsi barədə Xəzər TV-yə müsahibə verib.

Alim bildirib ki, son 5 ildə Xəzər dənizinin  aşağı enməsi prosesi daha da intensivləşib ki, bu da iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqədardır. Relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2,3,4 metr çəkilibsə, Nabranda bu, 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə çəkilmə daha yüksəkdir. Neftçala sahillərindən tutmuş, Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq bəzi yerlərdə 2 km-ə qədər geri çəkilib. Abşeron, Sumqayıt, Muxtadır qəsəbəsinədək olan sahələrdə çəkilmə özünü daha şiddətli biruzə verir. Kürdə baş verən məlum səbəblərdən çayın suyu bu il demək olar ki, Xəzərə çatmadı. Onsuz da az yağıntılı Xəzər regionunda yağışların miqdarının daha da azalması dəniz suyunun azalmasında öz rolunu oynayıb.

M.İsmayılovun sözlərinə görə su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha kəskin surətdə biruzə verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: